Türkiyə Meksikadakı vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edib
Şəfa Hüseynli
Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq Türkiyə vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Meksikadakı Səfirliyi məlumat yayıb.
Səfirlik federal təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyatdan sonra ölkədə baş verən hadisələri yaxından izlədiyini və Xalisko, Miçoakan, Quanaxuato, Tamaulipas, Aquas Kalientes və Sakatekas ştatlarında baş verən hadisələrlə bağlı vətəndaşları məlumatlandırıb.
Bəyanatda Türkiyə vətəndaşlarının mövcud inkişaflar fonunda ayıq-sayıq qalmalarının, təhlükəsizliklərinə xüsusi diqqət yetirmələrinin və yerli hakimiyyət orqanlarının xəbərdarlıqlarına və göstərişlərinə əməl etmələrinin vacibliyi vurğulanıb.