23 fevral 2026-cı il tarixində Gürcüstan Xarici İşlər Naziri Maka Boçorişvili Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasının yüksək səviyyəli seqmentində iştirak edəcək və auditoriya qarşısında çıxış edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində xarici işlər nazirinin beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşləri planlaşdırılır.