Menyu

Tərəvəz və meyvələrin emal məhsullarının ixrac göstəriciləri açıqlanıb

Operativ Media
Tərəvəz və meyvələrin emal məhsullarının ixrac göstəriciləri açıqlanıb
1 dəq oxu

Bu ilin yanvar ayı ərzində ölkədən 2,9 milyon ABŞ dolları dəyərində 1,8 min tona yaxın tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, 2025-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə ixracın dəyəri 36 faiz, həcmi isə 15,4 faiz artıb.

Cari ilin ilk ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,13 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,09 faizə bərabər olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər