Qazaxıstan Ukrayna və Efiopiyada seçki məntəqələri açmayacaq
Qazaxıstan Xarici İşlər Nazirliyi Ukrayna və Efiopiyada keçiriləcək referendumlar üçün seçki məntəqələrinin açılmaması qərarına gəlib.
Operativ Media xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
Mərkəzi Referendum Komissiyasının rəhbəri Nurlan Abdirov xatırladıb ki, əvvəllər xaricdə 82 seçki məntəqəsinin açılacağı barədə məlumat verilmişdi.
Səfir bildirib ki, mövcud beynəlxalq vəziyyəti nəzərə alaraq, 64 ölkədə deyil, 62 ölkədə yerləşən 80 obyektin qeydiyyata alınması barədə qərar qəbul edilib.
“Bu qərar, ilk növbədə, beynəlxalq və geosiyasi vəziyyətlə bağlıdır. Xüsusilə, Ukrayna və Efiopiyadakı seçki məntəqələrində referendum səsverməsinin keçirilməməsi barədə qərar qəbul edilib. Ukraynada vətəndaşlarımızın sayı xeyli azalıb: təxminən 500 nəfər qeydiyyatdan keçib, lakin onların əksəriyyəti artıq ölkəni tərk edib, bir çoxu Qazaxıstandadır. Efiopiyada yalnız beş vətəndaşımız qeydiyyatdan keçib - səfirlik işçiləri. Onlardan yalnız ikisi iştirak edəcək; onlar Qahirədə səs verəcəklər”, - deyə səfir Yerlan Alimbayev izah edib.