Qırğızıstanda elektrik avtomobillərinin sayı ildə 3 dəfə artıb
2025-ci il ərzində Qırğızıstanda elektrik avtomobillərinin sayı 9 min 870 ədəd təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə üç dəfə çoxdur.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstanın Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə ümumilikdə 15 min 278 elektrikli nəqliyyat vasitəsi qeydiyyata alınıb. Bu isə bütün avtomobillərin 0,8 faizinə bərabərdir.
Son illərdə ölkədə avtomobillərin ümumi sayı da artıb: 2024-cü ildə 1 milyon 697 min 100 avtomobil qeydiyyatdan keçmişdisə, 2026-cı ilin əvvəlinə bu rəqəm 1 milyon 909 min 961-ə çatıb.
Yeni layihələr çərçivəsində Bişkekdə "yaşıl taksi" layihəsi də başlanır. Nazirlik bildirir ki, ekoloji cəhətdən təmiz nəqliyyatın inkişafı hava keyfiyyətinin yaxşılaşdırılması və dayanıqlı şəhər inkişafına töhfə verəcək.