Çad Sudanla sərhədini bağlayıb
Şəfa Hüseynli
Çad Sudanla sərhədinin bağlandığını elan edib.
Operativ Media xəbər verir ki, bu barədə "Sinxua'' məlumat yayıb.
Bildirilib ki, mövcud vəziyyət Sudandakı müharibə edən tərəflərin Çad ərazisinə təkrarlanan müdaxilələri və qanun pozuntuları ilə əlaqəlidir.
Rabitə naziri və hökumət sözçüsü Qassim Şerif Mahamat verdiyi açıqlamada bildirib ki, bağlanma münaqişənin Çada yayılma riskinin qarşısını almaq, vətəndaşları və qaçqınları qorumaq və ölkəmizin sabitliyini və ərazi bütövlüyünü qorumaq məqsədi daşıyır.
O, sərhəd boyunca insanların və malların hərəkətinin dayandırıldığını, lakin humanitar səbəblərlə ciddi şəkildə əsaslandırılmış xüsusi istisnaların verilə biləcəyini söyləyib.