ABŞ qoşunlarını bir ay ərzində Suriyadan çıxaracaq
Operativ Media
ABŞ və onun Qərb koalisiya müttəfiqləri bir ay ərzində Suriya ərazisindən qüvvələrini çıxaracaqlar.
Operativ Media xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.
Mənbə bildirib ki, ABŞ qoşunları hazırda ölkənin şimal-şərqindəki Kasrak Döyüş Dəstək Bazasını tərk edir. Onların Suriyadakı sayı 1000-dən çox deyil və geri çəkilmə 20-30 gün ərzində başa çatacaq". Mənbənin sözlərinə görə, şəxsi heyət və hərbi texnika daşıyan karvanlar qonşu İraqa gedir.
Kasrak aviabazası əsasən kürdlərin yaşadığı Haseke əyalətinin Tell Tamer şəhərindən 45 kilometr aralıda yerləşir. Harrab əl-Cir aviabazası ilə yanaşı, Qərb koalisiyasının Suriya ərazisində yaratdığı ən böyük hərbi obyekt hesab olunurdu.