Menyu

Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri üçün döyüş helikopter pilotlarının təliminə başlayıb

Operativ Media
Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri üçün döyüş helikopter pilotlarının təliminə başlayıb

Böyük Britaniya ukraynalı pilotların döyüş helikopterlərini idarə etməsi üçün təlim proqramına başlayıb.

Operativ Media xəbər verir ki, bu haqda Böyük Britaniya Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilir: "Ukraynalı pilotlar hazırda Britaniyanın aviabazalarından birində helikopter üzrə uçuş təlimatçısı olmaq üçün hazırlıq keçirlər. Bu, Böyük Britaniyanın Ukraynaya ilk dəfə olaraq helikopter təlimatçılarının hazırlanması proqramını təklif etməsidir. Məzunlar Ukrayna hərbi pilotlarının növbəti nəslinin yetişdirilməsində iştirak edəcəklər".

Həmçinin qeyd olunub ki, London Ukraynaya enerji dəstəyi və elektrik şəbəkəsinin bərpası məqsədilə əlavə 20 milyon funt sterlinq (27 milyon ABŞ dolları) ayıracaq. Bundan başqa, Britaniya hökuməti hərbi əməliyyatlardan zərər çəkmiş bölgələrin sakinlərinə humanitar yardım üçün 5,7 milyon funt sterlinq (7,7 milyon ABŞ dolları) vəsait ayrılacağını açıqlayıb.

Əlaqəli Xəbərlər