Menyu

Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 33,5 faiz artıb

Operativ Media
Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 33,5 faiz artıb

2026-cı ilin yanvar ayında bütün maliyyə mənbələri hesabına ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 1 405,9 milyon manat investisiya yönəldilib.

Operativ Media-ya bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Sektorlar üzrə investisiyaların həcmi:

- qeyri-neft-qaz sektoru - 834,4 milyon manat,

- neft-qaz sektoru - 571,5 milyon manat.

Cari ilin ilk ayında xarici dövlətlərin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 395,0 milyon manat investisiya yatırılıb ki, bu da bir il əvvəlki göstəricidən 33,5 faiz çoxdur.

Əsas investor ölkələr:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı,

Türkiyə,

Rusiya,

ABŞ,

Yaponiya,

İsveçrə,

İran,

Macarıstan,

Fransa,

Birləşmiş Ərəb Əmirlikləri.

Əlaqəli Xəbərlər