Menyu

Yanvarda pərakəndə elektron ticarət dövriyyəsi 60 faizədək artıb

Operativ Media
Yanvarda pərakəndə elektron ticarət dövriyyəsi 60 faizədək artıb

Bu ilin yanvar ayında ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 35 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə real ifadədə 59,8 faiz çoxdur.

Qeyd edək ki, hesabat dövründə ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 5,3 milyard manat olub ki, onun da 0,66 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb.


Əlaqəli Xəbərlər