Menyu

Qırğızıstan və İndoneziya XİN başçıları görüşüb

Şəfa Hüseynli
Qırğızıstan və İndoneziya XİN başçıları görüşüb

Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev İndoneziyanın xarici işlər naziri Sugiono ilə görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.

Görüş Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası və Silahsızlanma üzrə Konfransın Yüksək Səviyyəli seqmentləri çərçivəsində baş tutub.

Tərəflər Qırğızıstan-İndoneziya əməkdaşlığının hazırkı vəziyyəti və perspektivlərini müzakirə edib, siyasi dialoqun intensivləşdirilməsinin, yüksək səviyyəli səfərlərin təşkilinin, ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Əlaqəli Xəbərlər