İranda helikopter meyvə-tərəvəz bazarına düşüb - YENİLƏNİB
Şəfa Hüseynli
İranda baş verən helikopter qəzasında pilot və köməkçisi həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Hadisənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilir.
***
10:53
İranın İsfahan əyalətinin Dorçi şəhərində helikopter meyvə-tərəvəz bazarına düşüb.
Operativ Media xəbər verir ki, bu barədə İran Dövlət televiziyası məlumat yayıb.
Helikopterin düşməsinin səbəbləri hələlik məlum deyil.
Hadisə nəticəsində ölən və ya yaralanan olub-olmadığı barədə hələlik heç bir açıqlama verilməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net