Menyu

Ukraynanın yenidən qurulması üçün təxminən 588 milyard dollar tələb olunur

Şəfa Hüseynli
Ukraynanın yenidən qurulması üçün  təxminən 588 milyard dollar tələb olunur

Dünya Bankı, Avropa Komissiyası və Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanan yenilənmiş birgə zərər və ehtiyac qiymətləndirməsinə görə , tammiqyaslı müharibənin başlamasından dörd il sonra Ukraynanın yenidən qurulması üçün növbəti onillikdə təxminən 588 milyard dollar tələb olunacaq.

Operativ Media xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Bildirilib ki, bu məbləğ Ukraynanın 2025-ci il üçün proqnozlaşdırılan nominal ÜDM-dən təxminən üç dəfə çoxdur.

Hesabat 2022-ci ilin fevral-dekabr aylarını əhatə edir. Hesabata görə, birbaşa ziyan artıq 195 milyard dolları keçib. Mənzil, nəqliyyat və enerji sahələri, xüsusən də cəbhə bölgələrində və böyük şəhərlərdə ən çox zərər görüb.

Enerji infrastrukturu intensiv hücumlara məruz qalmaqda davam edir: zədələnmiş və ya dağıdılmış obyektlərin sayı əvvəlki qiymətləndirmə ilə müqayisədə təxminən 21 faiz artıb. Nəqliyyat sektorunda ehtiyaclar ötən il dəmir yollarına və limanlara edilən hücumlar səbəbindən təxminən 24 faizdir.

2025-ci ilin sonuna qədər ölkənin mənzil fondunun 14 faizi - yəni 3 milyondan çox ev təsərrüfatı zədələnib və ya dağıdılıb.

Hesabatın müəllifləri qeyd edirlər ki, özəl sektor iqtisadi bərpada əsas rol oynayacaq.

Bununla belə, investisiya cəlb etmək üçün əlavə islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, maliyyəyə çıxışın genişləndirilməsi və iqtisadiyyatın Avropa Birliyinin ətraf mühit və rəqəmsal standartlarına uyğunlaşdırılması lazımdır.

Ən böyük uzunmüddətli xərclər nəqliyyat sektoru ilə bağlıdır - 96 milyard dollardan çox. Bunlardan sonra enerji (təxminən 91 milyard dollar), mənzil (təxminən 90 milyard dollar), ticarət və sənaye (63 milyard dollardan çox) və kənd təsərrüfatı (55 milyard dollardan çox) gəlir. Minaların təmizlənməsi və dağıntıların çıxarılması üçün təxminən 28 milyard dollar lazım olacaq.

Əlaqəli Xəbərlər