MDB Hökumət Başçıları Şurasının növbəti iclası Aşqabadda keçiriləcək
MDB Hökumət Başçıları Şurasının növbəti iclası 22 may tarixində Türkmənistanın Aşqabad şəhərində keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə MDB Baş katibinin müavini İqor Petrişenko Minskdə MDB Daimi Nümayəndələr Şurasının iclası zamanı jurnalistlərə bildirib.
"Hazırda Hökumət Başçıları Şurasının iclasının gündəliyinə 11 məsələ təklif olunur. Bunlar iqtisadi aspekt, konqres və sərgi fəaliyyətləri, nəqliyyat dəhlizləri və rəqəmsallaşdırma ilə bağlıdır", - deyə İqor Petrişenko qeyd edib.
Bundan əlavə, bu gün şura MDB daxilində tənzimləyici çərçivənin təkmilləşdirilməsi üzrə üç illik planın həyata keçirilməsinin gedişatını və nəticələrini müzakirə edəcək. O əlavə edib ki, "Hər iki strukturun, icra komitəsinin sahə orqanlarının və milli agentliklərin qarşılıqlı fəaliyyətini əlaqələndirmək üçün növbəti üç illik dövr üçün müvafiq yanaşmaları müəyyən edəcəyik".