Menyu

Qırğızıstandakı hərbi qatarlar bütün rüsumlardan azad edilib

Şəfa Hüseynli
Qırğızıstandakı hərbi qatarlar bütün rüsumlardan azad edilib

Qırğızıstan Nazirlər Kabineti hərbi və humanitar dəmir yolu daşımalarını Qırğızıstan daxilində bütün rüsum və cərimələrdən tamamilə azad edən proseduru təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabineti məlumat yayıb.

Söhbət dövlətin maraqları naminə istifadə edilən qatar və eşelonlardan, respublika ərazisində keçirilən təlimlərdə iştirakla bağlı nəqliyyatdan gedir.

İstisna hal kimi Qırğızıstanda hərbi və ya humanitar məqsədlər üçün istifadə olunan həm daxili qatarlara, həm də xarici dəmir yollarının vaqonlarına da aid edilir.

Fərman rəsmi dərc edildikdən on gün sonra qüvvəyə minir və ölkənin müdafiə qabiliyyətini artırmaq və fasiləsiz hərbi logistikanı təmin etmək məqsədi daşıyır.

Əlaqəli Xəbərlər