Menyu

Danimarka Ukraynaya 30 milyon dollarlıq humanitar yardım ayırıb

Şəfa Hüseynli
Danimarka Ukraynaya 30 milyon dollarlıq humanitar yardım ayırıb

Danimarka Ukraynaya əlavə humanitar yardım olaraq 190 milyon kron (30 milyon dollar) ayırmaq qərarına gəlib.

Operativ Media xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.

Departament rəhbəri Lars Lokke Rasmussenin sözlərinə görə, vəsait kəskin humanitar vəziyyətin həllinə və uzunmüddətli dəstək göstərməyə kömək edəcək.

Vəsaitlər Danimarka vətəndaş cəmiyyəti təşkilatları, Ukraynadakı BMT Humanitar Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi, UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə yönləndiriləcək.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından bəri Danimarka Ukraynaya 205 milyon dollar humanitar yardım və 11,19 milyard dollar hərbi yardım göstərib.


Əlaqəli Xəbərlər