Menyu

Gürcüstan Prezidenti Türkmənistan Məclisinin sədri ilə görüşüb

Şəfa Hüseynli
Gürcüstan Prezidenti Türkmənistan Məclisinin sədri ilə görüşüb

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Türkmənistan Məclisinin sədri Dünyagözəl Gülmanova ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Görüşdə tərəflər iki ölkə arasında mövcud siyasi, iqtisadi, mədəni və təhsil əlaqələrini və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin gələcək perspektivlərini müzakirə etdilər.

Görüşdə yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin və hərtərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyi qeyd edilib.

Görüş Prezident Sarayında keçirilib.

Əlaqəli Xəbərlər