Menyu

Putin Vyetnam XİN rəhbəri ilə görüşəcək

Şəfa Hüseynli
Putin Vyetnam XİN rəhbəri ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Kremldə Vyetnamın xarici işlər naziri Le Hoi Trunqu qəbul edəcək. 

Operativ Media xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Prezident Kremldə Vyetnamın xarici işlər nazirini qəbul edəcək. Nazir əslində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xüsusi elçisidir. O, bu yaxınlarda seçilib. Buna görə də Vyetnamın xarici işlər naziri sadəcə xarici işlər naziri deyil. Bildiyiniz kimi, Vyetnam bizim üçün Asiyada mühüm ticarət və iqtisadi tərəfdaşdır. Buna görə də bu cür təmaslar böyük maraq və əhəmiyyət kəsb edir", - deyə Kremlin sözçüsü bildirib.

Əlaqəli Xəbərlər