Azərbaycanda yük daşınması 20 milyon tona yaxınlaşıb
Operativ Media
2026-cı ilin yanvar ayında nəqliyyat sənayesində təsərrüfat subyektləri tərəfindən yük daşınmasının ümumi həcmi 18,3 milyon ton təşkil edib ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə 0,4% azdır.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ümumi yüklərin 59%-i avtomobil, 30,6%-i boru kəməri, 6,7%-i dəmir yolu, 3,6%-i dəniz və 0,1%-i hava nəqliyyatı ilə daşınıb.
Yük daşımaları strukturunda daşımaların 78%-i qeyri-dövlət nəqliyyat şirkətlərinin, qalan hissəsi isə dövlət sektorunun payına düşüb. Hesabat dövründə qeyri-dövlət nəqliyyat şirkətlərinin yük daşımalarının həcmi 3,9% artıb.