Menyu

Yaponiya Qırğızıstana 11,6 milyon dollar dəyərində tibbi avadanlıq bağışlayacaq

Şəfa Hüseynli
Yaponiya Qırğızıstana 11,6 milyon dollar dəyərində tibbi avadanlıq bağışlayacaq

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) Qırğızıstana 11,6 milyon dollar qrant maliyyəsi ayıracaq.

Operativ Media xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Temirbek Erkinov Joqorku Keneşin müvafiq komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, bu vəsait bütün cənub bölgəsinin sakinlərinə yardım göstərən Oş şəhərindəki istinad xəstəxanalarının avadanlıqla təchiz edilməsinə sərf olunacaq.

Qrant angioqrafik kompleksin (damar və ürək əməliyyatları üçün), MRT (maqnit rezonans görüntüləmə) skanerinin, mammoqrafiyanın (döş xəstəliklərinin diaqnozu üçün) və rentgen aparatlarının alınmasını maliyyələşdirəcək.

Sənədin parlament tərəfindən bu həftə keçiriləcək plenar iclasda nəzərdən keçirilməsi gözlənilir.

Əlaqəli Xəbərlər