Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri Böyük Britaniyada görüşəcəklər
Şəfa Hüseynli
Qırğızıstanın xarici işlər naziri Jenbek Kulubayev Mərkəzi Asiya ölkələri və Böyük Britaniya xarici işlər nazirlərinin ilk görüşündə iştirak edəcək.
Operativ Media xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, nazir 25-26 fevral 2026-cı il tarixlərində Böyük Britaniyaya səfər edəcək.
Səfər çərçivəsində Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Məsələləri üzrə Dövlət Katibi İvet Kuper və maliyyə qurumlarının rəhbərləri ilə ikitərəfli görüşlər planlaşdırılır. Nazir həmçinin Qırğızıstan-Britaniya Biznes Şurasının növbəti iclasında iştirak edəcək.
Tərəflər ikitərəfli və regional gündəlikdəki cari məsələləri, eləcə də siyasi, ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər.