ABŞ Hind okenında tanker ələ keçirib
Operativ Media
ABŞ Venesueladan gələn “Bertha” adlı tankerini Hind okeanında ələ keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
"ABŞ Silahlı Qüvvələri Hind okeanında Karib dənizindən gələn və Venesuela ilə əlaqəli qeyri-qanuni neft ticarətini dayandırmaq məqsədilə izlənilən, sanksiya altında olan üçüncü tankerin göyərtəsinə qalxıb”, - Pentaqonun açıqlamasında bildirilir.
ABŞ-nin Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin məlumatına görə, “Bertha” tankeri Kuk adaları bayrağı altında fəaliyyət göstərir və İranla əlaqələrinə görə ABŞ-nin sanksiyalarına məruz qalıb.