Qırğızıstan və Gürcüstanın xarici işlər nazirləri Cenevrədə görüşüb
Şəfa Hüseynli
Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Cenevrədə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.
Tərəflərin görüşü BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyasının Yüksək Səviyyəli seqmenti çərçivəsində baş tutub.
Ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri və Qırğızıstan-Gürcüstan Hökumətlərarası Komissiyasının işi, eləcə də BMT kimi çoxtərəfli strukturlarda qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.