Meksika Kubaya 1 193 ton humanitar yardım göndərib
Xəbərlər redaksiyası
Meksika hökuməti Kubaya hərbi-dəniz qüvvələrinə məxsus iki gəmi ilə 1 193 ton həcmində əlavə humanitar yardım yola salıb.
Operativ Media xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yardımın göndərilməsi prezident Klaudiya Şeynbaumun göstərişi əsasında həyata keçirilib.
Sənəddə qeyd olunur ki, Meksika Hərbi-Dəniz Qüvvələri vasitəsilə Kuba Respublikasına yeni humanitar yük çatdırılıb.
Nazirlik vurğulayıb ki, Mexiko hökuməti Latın Amerikası xalqları ilə həmrəylik ənənəsini davam etdirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net