Qazaxıstan Milli Elmlər Akademiyasına yeni status veriləcək
Şəfa Hüseynli
Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasına elm haqqında qanun layihəsinə əsasən kvazi-dövlət sektoru qurumu statusu veriləcək.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin millət vəkili Asxat Aymaqambetov Məclisin iclasında açıqlayıb.
"Qanun layihəsi çərçivəsində Milli Elmlər Akademiyasının işinə mane olan bir neçə məsələni həll etməyi planlaşdırırıq. Ona rəsmi olaraq kvazi-dövlət sektoru qurumu statusu veriləcək. Bu, Akademiyaya aktivlərinin formalaşmasını dəqiq tənzimləmək, idarəetmə mexanizmlərini sistemləşdirmək və sabit maliyyələşdirmə mənbələrini müəyyən etmək imkanı verəcək. Bunlar Elmlər Akademiyası üçün təcili olaraq zəruri olan dəyişikliklərdir", - deyə deputat bildirib.