Menyu

Estoniya Amerika silahlarının alınması üçün Ukraynaya 11 milyon avro ayıracaq

Şəfa Hüseynli
Estoniya Amerika silahlarının alınması üçün Ukraynaya 11 milyon avro ayıracaq

Estoniya hakimiyyəti "PURL' proqramı çərçivəsində Ukraynaya silah və sursat alınması üçün 11 milyon avro ayıracaq.

Operativ Media xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kristen Mixal Kiyevə səfəri zamanı bildirib.

Baş nazir açıqlamasında bildirib ki, "Estoniya hökuməti bu yaxınlarda Ukraynanın NATO tərəfindən dəstəklənən PURL təşəbbüsü çərçivəsində ABŞ-dən silah və sursat ala bilməsi üçün 11 milyon avro ayırmaq qərarını təsdiqləyib".

Ötən ilin iyul ayında ABŞ prezidenti Donald Tramp Vaşinqton və Avropa ölkələrinin Kiyev üçün yeni hərbi yardım sxemi ilə bağlı razılığa gəldiyini qeyd edib. "PURL" proqramı çərçivəsində ABŞ Ukraynaya birbaşa hərbi yardım göstərmir,lakin NATO ölkələri Kiyev üçün silahları ABŞ ehtiyatlarından alır.


Əlaqəli Xəbərlər