Qazaxıstanın "Su-30SM" qırıcı təyyarəsi qəzaya uğrayıb
Şəfa Hüseynli
Qazaxıstanın Karaqanda vilayətində planlaşdırılan təlim uçuşu zamanı "Su-30SM" qırıcı təyyarəsi qəzaya uğrayıb.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ekipaj dərhal katapultasiya edilib.
"Pilotlar sağdır və həyatları, sağlamlıqları üçün heç bir təhlükə yoxdur. Onlar tibbi nəzarət altındadırlar".- məlumatda qeyd edilib.
Təsirə məruz qalan ərazi mühasirəyə alınıb. Sakinlər və infrastruktur üçün heç bir təhlükənin olmadığı vurğulanıb.
Hadisənin səbəblərini və şəraitini müəyyən etmək üçün Qazaxıstan Respublikası Müdafiə Nazirliyi tərəfindən Uçuş Təhlükəsizliyi İdarəsinin rəisinin rəhbərlik etdiyi xüsusi komissiya yaradılıb.