Menyu

Azərbaycandan xarici ölkələrə gedənlərin sayı 1%-dən çox azalıb

Operativ Media
Azərbaycandan xarici ölkələrə gedənlərin sayı 1%-dən çox azalıb

2026-cı ilin yanvarında 2025-ci ilin yanvarı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1,4 faiz azalaraq 151,9 min nəfər olub.

Operativ Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşlarımızın 35,8 faizi Türkiyəyə (əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2 faiz az), 15,8 faizi Rusiyaya (1,5 faiz çox), 12,3 faizi İrana (13,3 faiz çox), 9,8 faizi Gürcüstana (17,6 faiz az), 26,3 faizi isə digər ölkələrə (1,1 faiz az) gedib. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.

2026-cı ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 69 faizi hava, 29,5 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Əlaqəli Xəbərlər