Ukrayna vətəndaşlarının Gürcüstanda qalmaq hüququ daha bir il uzadılıb
Şəfa Hüseynli
Gürcüstan hökumətinin qərarı ilə 24 fevral 2025-ci il tarixinə qədər Gürcüstana daxil olan və orada qalan Ukrayna vətəndaşlarının ölkədə qalmaq hüququ daha bir il 24 fevral 2027-ci il tarixinə qədər uzadılıb.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Müvafiq dəyişiklik Gürcüstan hökumətinin “Vətəndaşlarının Gürcüstana vizasız daxil ola biləcəyi ölkələrin siyahısının təsdiq edilməsi haqqında” qərarına edilib.
Qətnaməni Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayacaq.