Menyu

MEK və SEPAH arasında gərginlik böyüyür

Operativ Media
MEK və SEPAH arasında gərginlik böyüyür

Tehran şəhərində İranın ali rəhbəri Ali Khamenei-nin qərargahı yaxınlığında silahlı insident baş verib.

Operativ Media xəbər verir ki, yerli teleqram kanallarının yaydığı məlumata görə, qarşıdurma İran İnqilab Keşikçiləri Korpusu – Islamic Revolutionary Guard Corps (SEPAH) ilə marksist yönümlü Mujahedin-e Khalq (MEK) təşkilatının üzvləri arasında yaşanıb.

MEK-in açıqlamasında azı 100 nəfərin öldürüldüyü və ya saxlanıldığı iddia olunur. Təşkilat həmçinin 150-dən çox üzvünün öz bazalarına geri döndüyünü bildirib.

Hadisənin əsasən paytaxtın Mötəhərrı kompleksi ərazisində – ali rəhbərin qərargahı, Mühafizəçilər Şurası, Ekspertlər Assambleyası və digər strateji qurumların yerləşdiyi zonada baş verdiyi qeyd edilir. SEPAH-a yaxın “Tasnim” agentliyi və Livanda nəşr olunan “Al Akhbar” qəzeti də insidenti təsdiqləyib. “Al Akhbar” hadisəni MEK-in “xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirməyə cəhd etdiyi əməliyyat” kimi dəyərləndirib və planın ilkin mərhələdə zərərsizləşdirildiyini yazıb.

Xatırladaq ki, MEK İran hakimiyyəti tərəfindən terror təşkilatı kimi tanınır. Qrup 1980-ci illərdə İran-İraq müharibəsi zamanı Səddam Hüseyn rejimini dəstəkləyib. ABŞ və Avropa İttifaqı isə sonradan təşkilatı terror siyahısından çıxarıb.

Əlaqəli Xəbərlər