OpenAI sui-istifadə halları ilə bağlı hesabat yayımladı
OpenAI son hesabatında ChatGPT texnologiyasının sui-istifadə hallarını açıqlayıb.
Operativ Media-nın məlumatına görə, şirkət Çin hüquq-mühafizə orqanları ilə əlaqəli, romantik fırıldaqçılıq və təsir əməliyyatları aparan hesabları, eləcə də Sanae Takaichi əleyhinə gizli kampaniyaları dayandırdığını bildirib.
Hesabata əsasən, bəzi hesablar ChatGPT və digər alətlərdən istifadə edərək saxta tanışlıq agentlikləri, vəkillik firmaları və ABŞ rəsmiləri adı altında kiberfırıldaqlar həyata keçirib.
OpenAI xüsusilə İndoneziyalı kişiləri hədəf alan saxta tanışlıq fırıldaqlarında yüzlərlə insanın zərər gördüyünü vurğulayıb. Hesabatda bəzi hesabların hətta real vəkilləri və hüquq-mühafizə orqanlarını təqlid etdiyi qeyd olunur.
Qeyd edilir ki, bu sui-istifadələr əsasən reklam yaratmaq və saxta mətnlər hazırlamaq üçün ChatGPT-dən istifadə olunması ilə bağlıdır.