Menyu

Dağlıq ərazidə F-16 qəzaya uğradı

Operativ Media
Dağlıq ərazidə F-16 qəzaya uğradı

Cənubi Koreyanın hərbi hava qüvvələrinə aid F-16C qırıcı təyyarəsi Şimali Kyonsan əyalətinin Yonqcu şəhəri yaxınlığında qəzaya uğrayıb.

Operativ Media Cənubi Koreya mediasına istinadla xəbər verir ki, qəza yerli vaxtla saat 19:30 radələrində (Bakı vaxtı ilə 14:30) təlim uçuşu zamanı baş verib. Pilot təhlükəsiz şəkildə katapultasiya edib, təyyarə isə dağlıq əraziyə düşüb. Xoşbəxtlikdən, mülki şəxslərə ziyan dəyməyib.

Xilasedicilər qəzanın baş verməsindən təxminən 40 dəqiqə sonra pilotu 20 metr hündürlükdə ağaca ilişmiş vəziyyətdə tapıblar. O, dərhal xəstəxanaya çatdırılıb və vəziyyətinin yaxşı olduğu bildirilib.

Qəzadan sonra yaranan kiçik meşə yanğını da tezliklə söndürülüb.

Hərbi hava qüvvələri hadisənin səbəbini müəyyən etmək və gələcəkdə oxşar halların qarşısını almaq üçün xüsusi istintaq qrupu yaradıb.

Əlaqəli Xəbərlər