Menyu

Azərbaycanla Ukrayna arasında əməkdaşlıq müzakirə edilib - FOTOLAR

Operativ Media
Azərbaycanla Ukrayna arasında əməkdaşlıq müzakirə edilib - FOTOLAR

Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

Səfir bildirib ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov ukraynalı həmkarı Denis Şmıqalla onlayn formatda görüşüb. Onun sözlərinə görə, görüşdə energetika sahəsində əməkdaşlıq məsələləri ilə yanaşı, Azərbaycanın Ukraynanın enerji dayanıqlılığına yardımı ilə bağlı da fikir mübadiləsi aparılıb.

S. Mərdəliyev nazirlərin görüşündən sonra D. Şmıqalla ikitərəfli enerji əməkdaşlığını daha da gücləndirmə istiqamətində müzakirə apardığını qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər