Kim Çen In: Şimali Koreya qarşıdakı illərdə nüvə güclərini inkişaf etdirməyə davam edəcək
Operativ Media
KXDR qarşıdakı illərdə nüvə qüvvələrini gücləndirməyə və genişləndirməyə davam edəcək.
Operativ Media xəbər verir ki, bu barədə ölkə lideri Kim Çen In fevralın 19–25-də paytaxtda keçirilən Koreya Əmək Partiyasının IX qurultayındakı çıxışında bildirib. Məlumatı Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb.
"Biz milli nüvə silahlı qüvvələrimizi hər il gücləndirməyi planlaşdırırıq və nüvə silahlarının sayını artırmaq, nüvə imkanlarını genişləndirmək, həmçinin onların tətbiq dairəsini böyütmək üçün bütün səylərimizi səfərbər edəcəyik", – deyə o vurğulayıb.
O əlavə edib ki, çəkindirmə qüvvələrinin və müharibə aparmaq qabiliyyətinin davamlı şəkildə gücləndirilməsi partiyanın sarsılmaz siyasətidir.