Aİ Belarusa qarşı sanksiyaları daha bir il uzadıb
Avropa İttifaqı Belarusa tətbiq olunan sanksiyaların qüvvədə olma müddətini daha bir il uzadıb.
Operativ Media xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kyastutis Budris “X” sosial platformasında paylaşım edib.
Nazir bildirib ki, Vilnüs Avropa İttifaqının sanksiyaların davam etdirilməsi ilə bağlı ortaq mövqeyini müsbət qarşılayır.
Qeyd edək ki, Avropa İttifaqı insan hüquqlarının sistemli şəkildə pozulması və Ukrayna əleyhinə aparılan müharibədə Rusiyaya göstərilən dəstəyə görə Belarusa qarşı 2015-ci ildən etibarən mərhələli sanksiyalar tətbiq edir.
Məhdudiyyətlər paketi Belarus rəhbərliyinə yönəlmiş fərdi sanksiyalarla yanaşı, kalium gübrələri, neft məhsulları və ağac materiallarının idxalına qadağaları, bank sektoruna tətbiq edilən məhdudiyyətləri, eləcə də texnologiya və ikili təyinatlı məhsulların ixracının dayandırılmasını əhatə edir.