ABŞ İsrailə qırıcı təyyarələr yerləşdirir
ABŞ Böyük Britaniyadakı Leyknhit hava bazasından İsrailin cənubuna 11 ədəd F-22 çoxməqsədli qırıcı təyyarəsi göndərib.
Operativ Media xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Havaya qalxan 12 təyyarədən birinin texniki problem səbəbindən geri qayıtdığı məlum olub.
Bu təyyarələr əvvəlcə Böyük Britaniyaya çatıb, bir neçə gün orada qaldıqdan sonra İsrailə uçub.
Agentliyin məlumatına görə, ABŞ əvvəllər Yaxın Şərqdəki hava bazalarına onlarla F-22 və F-35 qırıcı-bombardmançı təyyarəsi, eləcə də F-15 və F-16 qırıcı təyyarəsi və bir neçə tanker yerləşdirib. Eyni zamanda, yüzlərlə nəqliyyat uçuşu da həyata keçirilib.
ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və digər yüksək vəzifəli şəxslər İrana qarşı hərbi əməliyyatların uzunmüddətli ola biləcəyi barədə xəbərdarlıq ediblər.