ABŞ hərbçiləri Texasda sərhəd xidmətinə məxsus dronu vurub
Xəbərlər redaksiyası
ABŞ hərbçiləri Texas ştatında Gömrük və Sərhəd Mühafizəsi Xidmətinə məxsus pilotsuz uçuş aparatını lazer vasitəsilə zərərsizləşdiriblər.
Operativ Media xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə fevralın 26-da El-Paso şəhəri yaxınlığında baş verib və ABŞ Konqresinin üzvlərinin diqqətini cəlb edib. Nümayəndələr Palatasının Nəqliyyat və İnfrastruktur Komitəsinin üzvləri bildiriblər ki, Pentaqonun yüksək riskli pilotsuz uçuş aparatlarına qarşı sistemdən istifadə edərək Gömrük və Sərhəd Xidmətinin dronunu vurması ciddi narahatlıq doğurur.
Hadisədən sonra ABŞ-nin Federal Mülki Aviasiya Administrasiyası (FAA) insident baş verən ərazidə hava məkanını bağlayıb.