Menyu

Qazaxıstan və Serbiya 10 sənəd imzalayıb

Şəfa Hüseynli
Qazaxıstan və Serbiya 10 sənəd imzalayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Serbiya Prezidenti Aleksandr Vuçiç Birgə Bəyanat qəbul ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

Dövlət başçılarının iştirakı ilə aşağıdakı idarələrarası sənədlər mübadiləsi aparılıb:

1. Qazaxıstan və Serbiya Səhiyyə Nazirliyi arasında Səhiyyə sahəsində Əməkdaşlıq Memorandumu;

2. Qazaxıstan və Serbiya Ədliyyə Nazirliyi arasında Tərəfdaşlıq və Əməkdaşlıq Memorandumu;

3. Qazaxıstan Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi ilə Serbiya İnformasiya və Telekommunikasiya Nazirliyi arasında Anlaşma Memorandumu;

4. Qazaxıstan  Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi ilə Serbiya  İnformasiya Texnologiyaları və Elektron Hökumət İdarəsi arasında Elektron Hökumətin Rəqəmsallaşdırılması və İnkişafı sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

5. Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi ilə Serbiya Kənd Təsərrüfatı, Meşəçilik və Su Təsərrüfatı Nazirliyi arasında Baytarlıq Təbabəti sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

6. Qazaxıstan Elm və Ali Təhsil Nazirliyi ilə Serbiya Elm, Texnoloji İnkişaf və İnnovasiya Nazirliyi arasında Anlaşma Memorandumu;

7. Qazaxıstan  Mədəniyyət və İnformasiya Nazirliyi ilə Serbiya Mədəniyyət Nazirliyi arasında Kino sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

8. Qazaxıstan  Mədəniyyət və İnformasiya Nazirliyi ilə Serbiya Mədəniyyət Nazirliyi arasında Qeyri-maddi mədəni irsin qorunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

9. "KAZAKH INVEST" NC ASC ilə Serbiya İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu;

10. Qazaxıstan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Serbiya Respublikasının Diplomatik Akademiyası arasında Əməkdaşlıq Memorandumu.

Əlaqəli Xəbərlər