Çin İrandakı vətəndaşlarına ölkəni tərk etmələri barədə xəbərdarlıq edib
Şəfa Hüseynli
Çin ABŞ hərbi hücumu təhlükəsi ilə əlaqədar olaraq ölkədə artan xarici təhlükəsizlik riskləri səbəbindən vətəndaşlarını İranı tərk etmələri barədə xəbərdar edib.
Operativ Media xəbər verir ki, bu barədə Çinin İrandakı səfirliyi və konsulluqları məlumat yayıb.
Xəbərdarlıqda bildirilir ki, Çin vətəndaşlara İrana səyahət etməkdən çəkinmək tövsiyə olunur, ölkədə olanlara isə təhlükəsizlik tədbirlərini artırıb mümkün qədər tez bir zamanda ölkəni tərk etmək tövsiyə edilib.
Xəbərdarlıqda Çinin İran və qonşu ölkələrdəki səfirlikləri və konsulluqlarının Çin vətəndaşlarına dəstək verəcəyi, kommersiya uçuşlarının və quru yolu ilə transferlərin asanlaşdırılacağı bildirilib.