Böyük Britaniya İrandakı diplomatlarını təxliyə edib
Böyük Britaniya regionda münaqişə təhlükəsi səbəbindən İrandakı diplomatlarını təxliyə edib.
Operativ Media xəbər verir ki, bu barədə Britaniya hökumətinin veb saytında yerləşdirilmiş açıqlamada qeyd olunub.
"Britaniyalı işçilər müvəqqəti olaraq İrandan geri çağırılıb. Səfirliyimiz uzaqdan fəaliyyətini davam etdirir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ABŞ yanvar ayında Tehranı nüvə silahlarından tamamilə imtina etməyəcəyi təqdirdə, güc tətbiqinin qaçılmazlığı barədə xəbərdar edib.
İran hakimiyyəti dəfələrlə nüvə bombası hazırlamaq niyyətində olmadığını bildirib.
Pentaqon Yaxın Şərqdə iki aviadaşıyıcı zərbə qrupu da daxil olmaqla əhəmiyyətli qüvvələr toplayıb.
19 fevralda ABŞ administrasiyası İranla razılığa gəlmək üçün maksimum 15 gün vaxt verəcəyini açıqlayıb.