Menyu

Boliviyada təyyarə qəzaya uğrayıb, 15 nəfər həlak olub

Şəfa Hüseynli
Boliviyada təyyarə qəzaya uğrayıb, 15 nəfər həlak olub

Boliviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə La Paz yaxınlığındakı "El Alto" hava limanına eniş etməyə çalışarkən qəzaya uğrayıb.

Operativ Media xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Yerli aviasiya idarəsinin məlumatına görə, təyyarə uçuş-enmə zolağından çıxıb və sıx  magistral yola düşüb.

Nəticədə isə təyyarə alovlanıb.

Təyyarənin qalıqları həmin vaxt magistral yolda hərəkət edən avtomobillərə zərər vurub.

Xilasedicilər qəza nəticəsində təyyarənin heyəti və avtomobillərdə olanlar da daxil olmaqla ən azı 15 nəfərin həlak olduğunu bildiriblər.

Əlaqəli Xəbərlər