Ana səhifə / Dünya / Rusiya vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb Rusiya vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb 28.02.2026, 15:37 Operativ Media Rusiya vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb. Operativ Media xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı diplomatik missiyasının bəyanatında bildirilib. Səfirlik İrandan çıxış üçün optimal marşrutların Astaradan Azərbaycana və Nurduz/Aqarak məntəqəsindən Ermənistana keçmək olduğunu bildirib. “Səyahət edərkən diqqətli və sayıq olmağınızı tövsiyə edirik”, - bəyanatda qeyd olunub. Nəzərə çatdırılıb ki, sərhədi keçmək üçün əvvəlcədən Azərbaycan hakimiyyət orqanlarından lazımi icazənin alınması tələb olunur.