İranın Ali rəhbəri Əli Xameneinin öldürülməsi ehtimalı yüksəkdir.
Operativ Media xəbər verir ki, bu barədə İsrailin yüksək vəzifəli rəsmisi “Kanal 12”-yə (İsrail) bildirib.
Həmin mənbə bundan öncə Əli Xameneinin Tehrandakı iqamətgahının sarayı ABŞ və İsrailin hava hücumları nəticəsində darmadağın edilməsi haqda məlumat yaymışdı.