Türkiyə lideri tərəfləri təcili dialoqa çağırıb
Operativ Media
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran və ABŞ tərəflərini təcili dialoqa çağırıb.
Operativ Media Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan diplomatik səylərin gücləndiriləcəyini bildirib.
“Dialoq və diplomatik həll üçün ciddi səylər göstərdik. Cənab Tramp və cənab Pezeşkian ilə bu məsələləri müzakirə etdik. Lakin tərəflər arasında lazımi etimad və təhlükəsizlik zəmini tam olaraq formalaşa bilmədi.
İranın suverenliyini açıq şəkildə pozan və dost, qardaş İran xalqına qarşı yönəlmiş hücumları qınayırıq. Eyni zamanda, İran tərəfindən həyata keçirilən raket və dron hücumlarını da qəbuledilməz hesab edirik”, Ərdoğan qeyd edib.