SEPAH: İslam Respublikasına hücum edənlər cəzalandırılacaq
Operativ Media
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Ali Lideri Əli Xameneinin ölümünün qisasını alacağına söz verib. Operativ Media xəbər verir ki, bu barədə İİKK-nın xüsusi bəyanatında bildirilib.
"Biz İranın ali Liderinə qarşı törədilmiş sui-qəsdin qətiyyətlə qisasını alacağıq. İran silahlı qüvvələri öz liderinin yolunu davam etdirəcək və İslam Respublikasına hücum edənləri cəzalandıracaq", - deyə bəyanatda qeyd edilib.
İİKK İran cəmiyyətinin bütün təbəqələrini "birləşməyə və bütün dünyaya İran xalqının birliyini göstərməyə" çağırıb.