Tramp: ABŞ İranın cavab zərbəsinin daha güclü olacağını düşünürdü
Operativ Media
Vaşinqton administrasiyası İranın Yaxın Şərqdəki ABŞ qüvvələrinə və obyektlərinə cavab zərbəsi endirəcəyini gözləsə də, hücumun daha şiddətli olacağını təxmin edirdi.
Operativ Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp fevralın 28-də "CBS News" telekanalına verdiyi müsahibədə bu barədə danışıb.
"Biz bunu gözləyirdik. Lakin zərbənin ikiqat güclü olacağını düşünürdük", – deyə dövlət başçısı İranın cavab addımına münasibət bildirərkən qeyd edib. Ağ Ev rəhbəri əlavə edib ki, hücumun miqyası indiyə qədər təxmin etdiklərindən daha az olub.
Fevralın 28-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da İranın iddialarının əksinə olaraq, amerikalı hərbçilər arasında heç bir itkinin olmadığını bildirib.