İran ölkəsinin Xameneinin xəttinə sadiq qalmağa davam edəcəyini bəyan edib
Operativ Media
İran istənilən ssenariyə hazırdır və Ali Rəhbər Ayətullah Əli Xameneinin siyasi kursuna sadiq qalmaqda davam edəcək.
Operativ Media xəbər verir ki, bu barədə İslam Respublikası Parlamentinin (Məclis) sədri Məhəmməd Baqir Qalibaf bəyanat verib.
İranın "Əl-Aləm" telekanalı spikerin sözlərindən sitat gətirib: "Biz bütün ssenarilərə hazırlaşmışıq və bütün zəruri planları tərtib etmişik. Şəhid olan İmam Xamenei mömin və sarsılmaz bir şəxsiyyət idi; biz onun yolunu qətiyyətlə davam etdirəcəyik", – deyə Qalibaf vurğulayıb.