ABŞ Dövlət Departamenti Bəhreyndəki əməkdaşlarının təxliyyəsinə icazə verdi
Operativ Media
ABŞ Dövlət Departamenti təhlükəsizlik riskləri səbəbindən bəzi əməkdaşlarına və onların ailə üzvlərinə Bəhreyni tərk etmək icazəsi verib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-ın Bəhreyndəki səfirliyi "Facebook" sosial şəbəkəsində məlumat yayıb.
Bəyanatda bildirilir: "2026-cı il fevralın 28-də Dövlət Departamenti təhlükəsizlik mülahizələrinə görə ABŞ hökumət işçilərinə və onların ailə üzvlərinə Bəhreyni tərk etməyə icazə verib. 28 fevralda ABŞ və İran arasında hərbi əməliyyatların başlamasından bəri İrandan dron və raket hücumları, habelə kommersiya uçuşlarına əhəmiyyətli maneələrin törədilməsi təhlükəsi qalmaqdadır".