Menyu

İran İsrailin Beyt-Şemeş şəhərinə ballistik raketlə zərbə endirib

Operativ Media
İran İsrailin Beyt-Şemeş şəhərinə ballistik raketlə zərbə endirib

İsrailin Qüds yaxınlığındakı Beyt Şemeş şəhərinə raket hücumu nəticəsində beş nəfər ölüb, onlarla insan yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə İsrail mediası "Magen David Adom" təcili yardım xidmətinə istinadən xəbər yayıb.

Xidmətin məlumatına görə, İranın ballistik raketinin sinaqoqun yaxınlığındakı yaşayış binasına düşməsi nəticəsində təxminən 20 nəfər yaralanıb.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Yaralıları təxliyə etmək üçün hadisə yerinə axtarış-xilasetmə qrupları, həkimlər və helikopter göndərilib.


Əlaqəli Xəbərlər