Almaniya, Fransa və Böyük Britaniya İrana hərbi tədbirlərlə bağlı xəbərdarlıq edib
Operativ Media
Almaniya, Fransa və Böyük Britaniya rəhbərləri İranın Yaxın Şərqdə müttəfiqlərə qarşı hücumlarını davam etdirəcəyi təqdirdə hərbi tədbirlər görəcəklərini bəyan ediblər.
Operativ Media xəbər verir ki, bu barədə “Avropa üçlüyü” ölkələrinin dövlət və hökumət başçılarının birgə bəyanatında bildirilib.
Sənəd Almaniya hökumətinin mətbuat xidməti tərəfindən yayılıb.
“Biz İranı dərhal məsuliyyətsiz hücumlarını dayandırmağa çağırırıq. Regionda öz maraqlarımızı və müttəfiqlərimizin maraqlarını qorumaq üçün zəruri tədbirlər görəcəyik”, - bəyanatda deyilir.